012 310 03 42

Stapiz

STAPIZ - 15 ildən çox uğur hekayəsi olan, peşəkar saç kosmetikasının tanınmış istehsalçısıdır. Brend həm yerli bazarda, həm də beynəlxalq səviyyədə etibar qazanaraq peşəkar gözəllik salonlarında və pərakəndə satış şəbəkələrində mövcudluğu ilə öz dinamikasını nümayiş etdirir.

 

STAPIZ komandası ekspert-texnoloqlar və yaradıcı tərtibatçıları birləşdirir. Onların əsas vəzifəsi - müasir elmi nailiyyətləri aktual beauty-industriya tendensiyaları ilə birləşdirən yüksək effektiv formulalar yaratmaqdır. Aparıcı tədqiqat laboratoriyaları və qlobal xammal təchizatçıları ilə tərəfdaşlıq şirkətə daim çeşidini yeniləməyə və genişləndirməyə, ustalara və onların müştərilərinə innovativ həllər təqdim etməyə imkan verir.

 

STAPIZ-in hər bir seriyası - konkret problemlərin həlli üçün hazırlanmış məqsədyönlü qulluq sistemidir.

 

STAPIZ-in Əsas Peşəkar Seriyaları:

 

1. Keratin Code

Hidrolizə edilmiş keratin və kollagen əsaslı peşəkar bərpaedici seriya. Bu zülallar "doldurma" prinsipi ilə işləyir: keratin saçın səthindəki zədələnmiş sahələri bərpa edərək kütikulanı hamarlayır, kollagen isə onun quruluşunu daxildən möhkəmləndirir. Nəticə - ani hamarlıq effekti, görünən şəkildə sıxlaşmış liflər və intensiv parlaqlıq.

 

2. Sleek Line

İpək proteinləri ilə zənginləşdirilmiş hamarlama və parlaqlıq seriyası. Kompleks təkcə ani ipəyəbənzər effekti təmin etmir, həm də yığılma xüsusiyyətinə malikdir. Müntəzəm istifadə zamanı o, saçların üzərində qoruyucu mikroqat yaradır, lifləri qalınlaşdırır, elastiklik verir və istilik və UV təsirlərindən qoruyur.

 

3. Argan De

Mərakeşin "maye qızılı" - argan yağı ilə intensiv nəmləndirici və qidalandırıcı seriya. Formulalar yağlar kompleksi (jocoba, günəbaxan) və pantenolla zənginləşdirilib. Belə bir tərkib təkcə saçları yumşaldmır və daramanı asanlaşdırmır, həm də birbaşa saç dərisi ilə işləyərək saç soğanaqlarını möhkəmləndirir və qıcıqlanmanı aradan qaldırır. Quru, susuz və qırılmaya meyilli olan saçlar üçün ideal seçim.

 

4. HA Essence

Hialuron turşusu (HA) və dəniz yosunu ekstraktı ilə dərinin revitalizasiya seriyası. Nəm saxlayıcı xüsussiyyətləri ilə tanınan hialuron turşusu, məsaməli və zədələnmiş saçlar üçün güclü "sulayıcı" doymanı təmin edir. Və bu, hər hansı bir salon üçün kompleks həll təklif edən mütləq seriyadır: təmizləyici şampundan ekspres-bərpa üçün konsentratlaşdırılmış ampullara qədər.

 

5. Vital

Çatlamış uclarla mübarizə üçün hədəflənmiş seriya. Onun unikallığı - argan yağı və jocoba yağının sinergiyasındadır. Bu duet, saçların uclarında pulcuqları "yapışdıran", onların sonrakı ayrılmasının qarşısını alan yüngül, ağırlaşdırmayan bir pərdə yaradır. Müntəzəm şəkildə istəfadəsi ucların çatlamasını nəzərəçarpacaq dərəcədə azaldır, saçları daha itaətli və bütün uzunluğu boyunca daha bütov edir.

 

STAPIZ - təkcə kosmetika deyil, hər bir seriyanın brendin fəlsəfəsinin məntiqi davamı olduğu peşəkar alətdir: effektivlik, innovasiyalar və sübuta yetirilmiş nəticə.

Stapiz